Loading Now

Bu gün Formula 1 Azərbaycan Qran-Prisi start götürür

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisi start götürür. Yarış həftəsi sentyabrın 24-dən 26-dək davam edəcək. Cümə axşamı, sentyabrın 24-də, yerli vaxtla saat 10:00-da Formula 2 üzrə sərbəst yürüş başlayacaq. Eyni gün saat 12:30-da Formula 1-in birinci sərbəst yürüşü keçiriləcək. Cümə günü, sentyabrın 25-də, saat 12:30-da üçüncü sərbəst yürüş və saat 16:00-da sıralanma turu baş tutacaq. Əsas yarış isə şənbə günü, sentyabrın 26-da, saat 15:00-da start götürəcək.

Bu il Bakı Şəhər Halqası Formula 1 yarışına 10-cu dəfə ev sahibliyi edir. idman.biz 6 kilometr uzunluğunda və 20 döngədən ibarət olan trasın ən dar hissəsi İçərişəhər ətrafındakı 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Yarışda dünyanın ən məşhur pilotları iştirak edəcək. idman.biz

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. idman.biz


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment