Loading Now

Fransız aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransız aktrisa Marina Vladi 88 yaşında vəfat edib. Ailəsinin verdiyi məlumata görə, o, evində, yaxınları və ev heyvanlarının əhatəsində dünyasını dəyişib. eurasiandaily.ru

10 may 1938-ci ildə Fransanın Klişi şəhərində rus mühacir ailəsində anadan olan Vladi, uşaqlıqdan aktyorluğa maraq göstərib. 10 yaşında kinoda ilk rolunu ifa edib.

1963-cü ildə Marko Ferrerinin “Arı kraliçası” filmindəki roluna görə Kann Film Festivalında “Ən Yaxşı Aktrisa” mükafatını qazanıb.

1970-ci ildən 1980-ci ilə qədər məşhur sovet şairi və aktyoru Vladimir Vısotski ilə evli olub. Onlar birlikdə bir neçə mahnı yazıblar.

Son illərdə ədəbiyyata da müraciət edən Vladi, romanlar və xatirə kitabları yazıb.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment