Türkiyə milli futbol komandasının yeni baş məşqçisi təyin edilib. 53 yaşlı Sergen Yalçın, bu vəzifəyə gətirilib. O, şəxsi sosial şəbəkə hesabında təyinatını təsdiqləyib və bu vəzifənin onun üçün böyük əhəmiyyət daşıdığını bildirib. Yalçın, “Milli komanda hər şeydən üstündür. Bu, hər mütəxəssisin arzuladığı vəzifədir. Xalqın baş məşqçisi olmaq gözəl hissdir. Mənim üçün isə qürurvericidir. Hər kəsin dəstəyi ilə milli komandanı uğurlu yol gözləyir. İctimaiyyətin yenidən bu kollektiv ətrafında birləşməsini təmin edəcəyik” deyə qeyd edib.

Türkiyə Futbol Federasiyası (TFF) ilə 4 illik müqavilə imzalanıb. TFF-nin iclasından sonra təyinatın rəsmi olaraq açıqlanması gözlənilir.

Sergen Yalçın, məşqçilik karyerası ərzində “Beşiktaş”, “Qaziantepspor”, “Sivasspor” və “Alanyaspor” klublarına rəhbərlik edib. “Beşiktaş”la Türkiyə Superliqası və Türkiyə Kubokunu qazanıb.

Türkiyə millisi, noyabr ayında UEFA Millətlər Liqası çərçivəsində Belçika və Fransa ilə qarşılaşacaq.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir