Loading Now

Bakıda TDT Təhlükəsizlik Şuraları katiblərinin toplantısıdır

Sentyabrın 16–18-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Təhlükəsizlik Şuraları katiblərinin 5-ci görüşü keçiriləcək. Bu tədbir Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrlik etdiyi Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Görüşdə Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuların müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, TDT üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin IV iclası ötən il Bişkekdə baş tutub.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment