Məsud Pezeşkian sabah ABŞ-a gedəcək
İran Prezidenti Məsud Pezeşkian sabah, sentyabrın 22-də, BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka yola düşəcək. Bu barədə İran Prezidentinin ofisi məlumat yayıb.
ABŞ Dövlət Departamenti, İranın əsas nümayəndə heyətinin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirakına icazə verib. Lakin, nümayəndə heyətinə səyahət məhdudiyyətləri tətbiq edilib və lüks malların alınmasına qadağa qoyulub.
İranın xarici işlər naziri Abbas Əraqçi də dünən axşam Nyu-Yorka yola düşüb. O, səfəri çərçivəsində BMT Baş Assambleyasının tədbirlərində iştirak edəcək və Qətərdə regiondakı son hadisələrlə bağlı məsləhətləşmələr aparacaq.





Post Comment