Loading Now

Laçında dağlıq ərazidəki yanğın söndürülüb FOTO/VİDEO

Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən müvəffəqiyyətlə söndürülüb. Hadisə barədə məlumat FHN-in “112” qaynar telefon xəttinə daxil olub. Əraziyə dərhal yanğınsöndürənlər cəlb edilib. Mürəkkəb relyef və küləkli hava şəraiti yanğının söndürülməsini çətinləşdirsə də, yanğın geniş əraziyə yayılmadan nəzarət altına alınıb. Hadisə ilə bağlı əlavə məlumat verilmir.

Rəsmi mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment