Loading Now

Gəmi qəzası ilə bağlı saxlanılan azərbaycanlıların aqibəti

Şimali Kiprin Girne sahillərində baş vermiş gəmi qəzası ilə əlaqədar olaraq, Azərbaycan vətəndaşı olan üç heyət üzvünün həbs müddəti daha yeddi gün uzadılıb. Bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.

Hadisə nəticəsində 14 nəfərin itkin düşdüyü, 8 nəfərin isə həyatını itirdiyi bildirilir. İlkin məlumatlara görə, gəmi batarkən 239 sərnişin xilas edilib, 5 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

İstintaq çərçivəsində gəmi heyətinin Azərbaycan vətəndaşı olan üzvləri – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətov – şübhəli şəxs qismində deyil, hadisənin ən yaxın şahidləri kimi dindirilməlidir. Onların gəminin idarə olunması və texniki vəziyyəti ilə bağlı əsas qərarları vermək səlahiyyətləri olmadığı nəzərə alınmalıdır.

Azərbaycan vətəndaşları digər məsul şəxslərdən fərqli olaraq, gəmini yalnız son mərhələdə tərk edərək sərnişinlərə kömək göstərmək üçün öz həyatlarını riskə atıblar. Bu səbəbdən, onların hadisə zamanı göstərdikləri davranış və sərnişinlərə kömək etmək cəhdləri istintaq zamanı hərtərəfli qiymətləndirilməlidir.

İstintaq qrupu hadisə baş verdiyi gündən bu günə qədər 300-ə yaxın izahat alıb. Azərbaycan vətəndaşı olan heyət üzvlərinin hüquqlarının qorunması üçün bütün imkanlardan istifadə ediləcəyi bildirilib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment