Loading Now

Azərbaycan BMT-nin UNECE Komitəsinin rəhbərliyində

Azərbaycan, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitəsinin rəhbər heyətinə seçilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Cenevrədə keçirilən UNECE-nin İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitəsinin 19-cu sessiyası çərçivəsində Azərbaycan 2026–2028-ci illər üzrə Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaq hüququ qazanıb. İqtisadiyyat Nazirliyinin nümayəndəsi Türkan Vüsət Komitə Bürosunun sədr müavini vəzifəsinə seçilib.

Bu təmsilçilik, Azərbaycanın dövlət-özəl tərəfdaşlığı sahəsində beynəlxalq standartların hazırlanması prosesində iştirakına imkan yaradır. Eyni zamanda, ölkəmizin beynəlxalq ekspert şəbəkələri ilə əməkdaşlığının genişlənməsinə, qabaqcıl metodologiyaların və uğurlu təcrübələrin ölkəmizdə tətbiqinə, eləcə də dövlət-özəl tərəfdaşlığı üzrə milli institusional və hüquqi çərçivənin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə töhfə verəcək.

BMT-nin Avropa İqtisadi Komissiyası iqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat, enerji, ətraf mühit, innovasiya və dövlət-özəl tərəfdaşlığı kimi sahələrdə beynəlxalq standartların, tövsiyələrin formalaşdırılmasında mühüm rol oynayan nüfuzlu regional təşkilatlardan biridir. İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitə UNECE-nin İqtisadi Əməkdaşlıq və İnteqrasiya alt proqramı çərçivəsində fəaliyyət göstərir və dövlət-özəl tərəfdaşlığı, innovasiya siyasəti, rəqabətlilik və dayanıqlı iqtisadi inkişaf istiqamətlərində beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir.

Rəsmi mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment