Loading Now

Mateuş Koxalski “Qarabağ”dan gedib YENİLƏNİB

Polşalı qapıçı Mateuş Koxalski, “Qarabağ” FK ilə keçirdiyi ikiillik müddətdən sonra Polşanın “Vyeçista” klubuna transfer olub. idman.biz

2024-cü ilin yayında “Qarabağ”la müqavilə imzalayan Koxalski, Ağdam təmsilçisinin heyətində 76 oyun keçirib. Bu müddət ərzində komanda ilə birlikdə Azərbaycan çempionu olub və UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-offa qədər irəliləyib. Turnirdə etdiyi 40 seyvlə “Top-3″də qərarlaşıb. idman.biz

“Vyeçista” klubu, Koxalskinin transferini kilsənin qarşısında çəkilmiş fotosu ilə təqdim edib. Paylaşımda “Kilsə, şərf və ‘Vyeçista’ya transfer” ifadəsi yer alıb.

Koxalski, “Qarabağ”dan ayrılarkən, klubun ona göstərdiyi etimad və inkişaf etmək üçün yaradılan imkanlara görə təşəkkür edib. O, “Qarabağ”dan əvəzsiz təcrübə və xoş xatirələrlə ayrıldığını bildirib.

“Qarabağ” FK, Koxalskinin transferini rəsmən açıqlayaraq, ona gələcək karyerasında uğurlar arzulayıb. idman.biz


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment