Loading Now

Gələn il Formula 1 Azərbaycan Qran-prisi nə vaxt olacaq?

Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci il Formula 1 Dünya Çempionatının təqvimini açıqlayıb. Təqvimə görə, Azərbaycan Qran-prisi 24–26 sentyabr tarixlərində keçiriləcək.

2027-ci il mövsümü martın 12–14-də Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.

Çempionat 22 ölkədə keçirilərək 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq.

Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki “Sahir” trasında baş tutacaq.

Beləliklə, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixlərdə — 24–26 sentyabrda keçiriləcək.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment