“Aşk-ı Memnu”nun aktrisası vəfat edib
Türkiyənin tanınmış teatr və kino aktrisası Gülsen Tuncer 81 yaşında vəfat edib.
Gülsen Tuncer, 1945-ci ildə Adana şəhərində anadan olub. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsini bitirib və peşəkar teatr fəaliyyətinə 1968-ci ildə başlayıb.
O, “Aşk-ı Memnu” serialında Arsen Ziyagil obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdı.
Uzun müddət beyin xərçəngi ilə mübarizə aparan Tuncer, 18 sentyabr 2026-cı ildə vəfat edib.
Onun vəfatı sənət ictimaiyyəti və pərəstişkarları arasında böyük kədərə səbəb olub.





Post Comment