Bilgəhdə iki nəfər dənizdə batıb
Bilgəhdə iki nəfərin dənizdə batması ilə bağlı məlumatlar əldə edilib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində iki nəfərin nəzarətsiz ərazidə batması barədə ilkin məlumat daxil olub.
Hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Hadisənin baş vermə səbəbləri və digər təfərrüatlar barədə əlavə məlumatlar hələlik açıqlanmayıb. Axtarış-xilasetmə əməliyyatları davam edir və ərazidə vəziyyət nəzarət altındadır.





Post Comment