Loading Now

Bu gün Azərbaycanın U-21 millisi Şotlandiya ilə oynayacaq

Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. B qrupundakı 9-cu matçında səfərdə Şotlandiya yığmasının qonağı olacaq. Kilmarnok şəhərindəki “Reqbi Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Qarşılaşmanı norveçli FIFA referisi Matias Stöfrinqshauq idarə edəcək.

Azərbaycan millisi B qrupunda 8 oyundan sonra 7 xalla 5-ci, Şotlandiya yığması isə 11 xalla 4-cü pillədə qərarlaşıb. Komandamız qrupda son oyununu oktyabrın 6-da Bakıda Cəbəllütariq seçməsinə qarşı keçirəcək.

Kilmarnok şəhərində bu gün hava şəraiti yüngül yağışlıdır, temperatur 15°C-dir. Görüşün keçirilməsi planlaşdırıldığı saatlarda hava şəraitinin dəyişməsi gözlənilir.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment