Bilgəhdə dənizdə batan iki nəfərin meyiti tapılıb
Sentyabrın 19-da Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batmış iki nəfərin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, 2008-ci il təvəllüdlü Əlizadə Əlipaşa Natiq oğlu və 2008-ci il təvəllüdlü Əmrəliyev Elmin Elman oğlu FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hər iki gəncin tələbə olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.





Post Comment