Loading Now

İlham Əliyev yeni səfirləri qəbul edir

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. Prezident İlham Əliyev qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini vurğulayaraq, investisiya, ticarət və biznes sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib. Səfir Luis Morsinq Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunan nailiyyətləri təbrik edib və iki ölkə arasında etimadın qurulması istiqamətində atılan addımları alqışladığını bildirib. O, həmçinin İsveçdə təhsil alan azərbaycanlı tələbələrin gələcəkdə Azərbaycan-İsveç əlaqələrinin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdəki müsbət dinamika və ikitərəfli saziş üzrə danışıqların bərpa olunması da müzakirə olunub.

Eyni gün, Prezident İlham Əliyev Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki də qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Görüşdə Azərbaycanla Estoniya arasında əməkdaşlığın genişləndirilməsi və müxtəlif sahələrdə tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunub. Prezident İlham Əliyev Avropa İttifaqı ilə əlaqələrin inkişafını vurğulayaraq, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın ölkəmizə səfərlərini qeyd edib. Səfir Tiina Nirk təhsil sahəsində əməkdaşlıq imkanlarına toxunaraq, Estoniyada təhsil alan azərbaycanlı tələbələrin sayının 200-ə yaxın olduğunu bildirib. O, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment