AŞ-nın baş katibi ABŞ senatoru ilə Cənubi Qafqazdan danışıb
Avropa Şurasının Baş Katibi Alen Berset və ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitənin sədri senator Stiv Deyns, Cənubi Qafqazda sülhün təmin edilməsi və regional əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Görüşdə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının regionda sabitlik və inkişaf üçün vacib olduğu vurğulanıb. Senator Deyns, ABŞ-ın Tramp administrasiyasının bu istiqamətdəki dəstəyini ifadə edərək, sülh razılaşmasının Cənubi Qafqaza çiçəklənmə və sabitlik gətirəcəyini qeyd edib.
Alen Berset, həmçinin, Cənubi Qafqazda sülhün bərqərar olmasının regionda inkişaf üçün geniş imkanlar açacağını bildirib. O, tərəflərin Avropa Şurası ilə əməkdaşlıq proqramlarını və ölkədə demokratik islahatları müzakirə etdiklərini qeyd edib.
Bu görüş, ABŞ və Avropa Şurasının Cənubi Qafqazda sülhün təmin edilməsi və regional əməkdaşlığın inkişafına verdikləri önəmi bir daha nümayiş etdirib.





Post Comment