Loading Now

Putindən Rusiya ordusu ilə bağlı YENİ FƏRMAN

Rusiya Prezidenti Vladimir Putin, ölkənin Silahlı Qüvvələrinin ştat sayını artıran fərman imzalayıb. Yeni fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayı 2 milyon 441 min 630 nəfər müəyyən edilib. Bu rəqəm əvvəlki fərmanla müqayisədə 42 500 nəfər çoxdur. Hərbi qulluqçuların sayı isə 40 500 nəfər artırılaraq 1 milyon 550 min 500 nəfərə çatdırılıb. Fərmanla əvvəlki sənəd qüvvədən düşmüş hesab edilib. Rusiya hökumətinə fərmanın icrası üçün zəruri maliyyə vəsaitinin federal büdcədə nəzərdə tutulması tapşırılıb. Bu qərar, Rusiya Silahlı Qüvvələrində hərbi-tikinti bölmələrinin yaradılması ilə əlaqədardır. Qeyd edək ki, fərmanda müəyyən edilən ştat sayı faktiki xidmət edən hərbçilərin sayı ilə eyni göstərici deyil. Sənəd Silahlı Qüvvələr üçün nəzərdə tutulan ştat strukturunun yuxarı həddini müəyyən edir.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment