Loading Now

Rusiyada fişəng istehsalı zavodu partlayıb: 10 ölü

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində yerləşən fişəng istehsalı müəssisəsində baş verən yanğın nəticəsində beş nəfər həlak olub, bir nəfər isə yaralanıb. Yanğınsöndürmə əməliyyatlarında 100-dən çox yanğınsöndürən və 40-dan artıq texnika iştirak edib. Hadisə yerində yanğın lokallaşdırılıb, axtarış-xilasetmə işləri davam etdirilir. İlkin məlumatlara görə, yanğın nəticəsində iki bina zərər çəkib. Hadisənin baş vermə səbəbləri ilə bağlı istintaq araşdırmaları aparılır. Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev bildirib ki, qurbanların ailələrinə və yaralılara lazımi yardımlar göstəriləcək.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment