Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov vəfat edib. Şuşa rayon İcra Hakimiyyətinin məlumatına görə, Fərəc Həsrətov sentyabrın əvvəlində xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb. Daşaltı kəndində oğurluq faktı ilə bağlı əraziyə baxış keçirərkən onu elektrik cərəyanı vurub. Xəstəxanaya çatdırılan polis mayorunun həyatını xilas etmək üçün həkimlər onun hər iki qolunu amputasiya ediblər. Uzun müddət müalicə alan Fərəc Həsrətov bu gün xəstəxanada vəfat edib. Allah rəhmət eləsin.
Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan
