Abşeron rayonunun Saray qəsəbəsində yerləşən Ceyranbatan su anbarında meyit aşkarlanıb. Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsinin əməkdaşı, 1959-cu il təvəllüdlü Sumqayıt sakini Mahir Tofiq oğlu Ramazanov olduğu müəyyən edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Onun hansı səbəbdən su anbarına düşdüyü hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Ceyranbatan su anbarı Abşeron rayonunun Saray qəsəbəsində yerləşir. Anbarın uzunluğu 9,5 km, eni 1,34 km, sahəsi 1674 hektar, həcmi isə 186,1 milyon kubmetrdir. Su anbarı Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin su təchizatında mühüm rol oynayır.

Hadisə ilə bağlı əlavə məlumat əldə edildikcə ictimaiyyətə təqdim olunacaq.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir