Bərdə rayonunun Əliyanlı kəndində fərdi yaşayış evində baş vermiş dəm qazı zəhərlənməsi nəticəsində bir nəfər həyatını itirib, digərinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata görə, bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan iki nəfər barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri xüsusi vasitələrlə evə daxil olaraq 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və onun həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanı huşsuz vəziyyətdə aşkar ediblər.

İlkin yardım göstərildikdən sonra zərərçəkmişlər təcili olaraq xəstəxanaya çatdırılıblar. Lakin Pərvanə Hüseynova həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib, Kənan İmaməliyevin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Hadisənin dəm qazından zəhərlənmə nəticəsində baş verdiyi ehtimal edilir. FHN tərəfindən araşdırma aparılır.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir