Loading Now

İlham Əliyev Britaniyanın müdafiə nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib.

Görüşdə Lord Vernon Kioakeri ölkəmizdə olmaqdan və Prezident İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edib. O, Bakıda keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgilərinin əhəmiyyətini vurğulayaraq, bu tədbirlərdə iştirak etməkdə maraqlı olduqlarını bildirib. Sərgilərin yüksək səviyyədə təşkilinə görə Prezidentə təşəkkür edib və Azərbaycanın Böyük Britaniya üçün vacib dost ölkə olduğunu qeyd edib.

Prezident İlham Əliyev ADEX sərgisinin uzun illərdir beynəlxalq tədbirə çevrildiyini bildirib. O, Azərbaycanla Birləşmiş Krallıq arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Dövlət başçısı ölkəmizdə 20 ildən çoxdur müdafiə sənayesine sərmayə qoyulduğunu, artıq bu sahədə istehlak və ixrac üçün məhsulların istehsal olunduğunu qeyd edib. Müasir silah və avadanlıqların Azərbaycana gətirilməsi, həmçinin birgə müəssisələrin yaradılması ilə bağlı perspektiv əməkdaşlığa toxunub və Birləşmiş Krallıqla tərəfdaşlığın önəmini vurğulayıb.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment