Loading Now

Naxçıvan Səhiyyə nazirliyinin açıqlaması YENİLƏNİB

Naxçıvan Beynəlxalq Hava Limanına İran İslam Respublikasından dron hücumu nəticəsində dörd nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Xəstəxananın Təcili Yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib ki, dron hücumu nəticəsində xəsarət alan iki nəfərə barotravma, digər iki nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Onların vəziyyəti stabildir və müvafiq şöbələrə yerləşdiriliblər.

Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət alanlardan üçü evə buraxılıb, yalnız Cəfərov Əsəd Vidadi oğlunun müalicəsi xəstəxanada davam etdirilir.

Hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi rəsmi açıqlama yayıb. Nazirlik bildirib ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Qeyd edək ki, İran ərazisindən həyata keçirilən dron hücumları zamanı Naxçıvan Muxtar Respublikasına iki dron zərbə endirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir və əlavə məlumatlar əldə edildikcə ictimaiyyətə təqdim olunacaq.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment