Azərbaycanın tanınmış teatr və kino aktrisası, Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib. Bu barədə mərhumun qızı, kinoşünas Leyla Şabanova məlumat verib. Leyla Şabanova bildirib ki, vida mərasimi noyabrın 26-da saat 11:00-da Təzəpir məscidində keçiriləcək və daha sonra Yasamal qəbiristanlığında dəfn olunacaq.

Elmira Şabanova 1940-cı il noyabrın 1-də Bakıda anadan olub. 1958–1962-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini, 1969-cu ildə isə rejissorluq fakültəsini bitirib. 1962–1997-ci illərdə həmin ali təhsil müəssisəsində müəllim və dosent kimi fəaliyyət göstərib, gənc aktyor və rejissorların yetişməsinə töhfə verib.

O, “Azərbaycanfilm” kinostudiyasında 30-a yaxın bədii filmdə rol alıb. Onun yaratdığı yaddaqalan obrazlar arasında “Ötən ilin son gecəsi” filmində Həmidə, “Qəm pəncərəsi” filmində Həmidə xanım, “Fəryad” filmində İsmayılın anası və “Təhminə” filmində Aliyə obrazları xüsusi yer tutur. Elmira Şabanova 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Azərbaycan Mədəniyyət Nazirliyi mərhumun vəfatı ilə əlaqədar nekroloq yayımlayaraq, onun Azərbaycan mədəniyyətinə ağır itki olduğunu bildirib və ailəsinə başsağlığı verib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir