Prezidentin köməkçisi Əhədov TƏBİB-in rəhbəri təyin edildi
Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri təyin edilib.
Sərəncama əsasən, Müşahidə Şurasının tərkibi aşağıdakı şəxslərdən ibarətdir:
- Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
- Azərbaycan Respublikası maliyyə nazirinin müavini
- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
- Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri
Əvvəlki dövrlərdə Müşahidə Şurasının sədri vəzifəsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri icra edirdi.
Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub. O, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində biznesin idarə edilməsi üzrə təhsil alıb. 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) dövlət inzibatçılığı üzrə magistr dərəcəsi əldə edib.
Əvvəlki dövrlərdə Müşahidə Şurasının sədri vəzifəsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri icra edirdi.





Post Comment