“Mingəçevir Reqatası-2026″ya bu gün Füzulidə start veriləcək
Bu gün, sentyabrın 29-da, Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq avarçəkmə və kanoe yarışlarının açılış mərasimi keçiriləcək.
İlkin mərhələdə Köndələn su anbarında kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar təşkil olunacaq.
Turnirin növbəti iki günü, sentyabrın 30-u və oktyabrın 1-də, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bütün növlər üzrə yarışlar davam edəcək.
Bu beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edəcək.
Füzuli sakinləri üçün tədbir çərçivəsində avarçəkənlərin nümunəvi çıxışları, su şouları, uşaq və yeniyetmələr üçün viktorinalar və həvəskar avarçəkmə qayıqlarında iştirak imkanı yaradılacaq.





Post Comment