“Sabah”ın Çempionlar Liqası oyunlarına fərdi biletlər olacaq
“Sabah” futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi dörd ev oyunu üçün fərdi biletlərin satışına başlayıb. Azarkeşlər, bir bilet əldə etməklə, “Slaviya” (Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) ilə Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaları izləyə biləcəklər.
Biletlərin qiyməti kateqoriyadan asılı olaraq 35-285 manat arasında dəyişir. Alınmış biletlərin geri qaytarılması, dəyişdirilməsi və bərpa edilməsi mümkün deyil. Biletlər yalnız QR-bilet formatında təqdim olunur və istifadə üçün azarkeşin mobil tətbiqində bileti aldığı hesabına daxil olması tələb olunur. QR-biletlər yalnız oyunların keçiriləcəyi gün aktivləşdiriləcək.
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək. Komandanın ev oyunlarının təqvimi aşağıdakı kimidir:
- 13 oktyabr 2026: “Sabah” – “Slaviya” (Çexiya)
- 20 oktyabr 2026: “Sabah” – “Borussiya” (Dortmund, Almaniya)
- 25 noyabr 2026: “Sabah” – “Barselona” (İspaniya)
- 20 yanvar 2027: “Sabah” – “Napoli” (İtaliya)
idman.biz
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib ki, fərdi biletlərin vahid formada satışa çıxarılmasının əsas məqsədi, azarkeşlərə bütün ev oyunlarını stadiondan izləmək və komandaya hər oyunda dəstək olmaq üçün daha əlverişli imkan yaratmaqdır.





Post Comment