Loading Now

Azərbaycan və NVIDIA Sİ sahəsində əməkdaşlıq edəcəklər FOTO

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ-a işgüzar səfəri çərçivəsində Kaliforniya ştatının San Xose şəhərində yerləşən “NVIDIA” şirkətinin baş ofisini ziyarət edib. Səfər zamanı Məmmədov, şirkətin beynəlxalq və hökumət işləri üzrə vitse-prezidenti Ned Finkl ilə görüşərək süni intellektin dövlət idarəçiliyində tətbiqi və rəqəmsal transformasiyanın dövlət xidmətlərinə təsiri barədə müzakirələr aparıb.

Görüşdə tərəflər, süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi mexanizmlərini, rəqəmsal transformasiya proseslərinin və innovativ süni intellekt alətlərinin vətəndaşlara xidmət göstərilməsi sahəsinə təsirlərini və bu istiqamətdə birgə əməkdaşlıq perspektivlərini ətraflı müzakirə ediblər.

Bu əməkdaşlıq, Azərbaycanın rəqəmsal transformasiya sahəsində irəliləyişinə və dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına töhfə verəcəkdir.

Rəsmi mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment