Loading Now

Laçın Beynəlxalq Film Festivalı başlayıb

Laçın şəhərində 24–27 avqust 2026 tarixlərində Laçın Beynəlxalq Film Festivalı (LIFF) keçirilib. Bu tədbir, Qarabağ və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalı olaraq, regionun mədəni həyatında mühüm yer tutub.

Festivalda 47 ölkədən 300-ə yaxın film təqdim olunub. Beynəlxalq seçim mərhələsindən sonra 20 xarici və 18 Azərbaycan filmi olmaqla, ümumilikdə 38 ekran əsəri əsas rəsmi seçim proqramına daxil edilib. Bu filmlər arasında Özbəkistanda istehsal edilmiş “Əmir Teymur” filminin xüsusi Qarabağ premyerası da yer alıb.

Festivalın rəsmi mükafatı olan “Qızıl Palıd Budağı”, Laçın meşələrinin simvolu olan Qırmızı Palıddan ilhamlanıb. Bu mükafat, dözümlülük və dirçəlişi təcəssüm etdirir.

Tədbirin təşkilatçılığını “Hoçazfilm” kinostudiyası həyata keçirib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyi, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Abadlıq Xidməti festivalın dəstəkləyən qurumları arasında yer alıb.

Festivalın bağlanış və mükafatlandırma mərasimi 26 avqust tarixində Laçın Şəhəri Günündə keçirilib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment