Loading Now

Futbol üzrə millimizin oyunlarının biletləri satışda

Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü çərçivəsində Tacikistanla, həmçinin UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteyn və Litva yığmaları ilə görüşlərinin biletləri satışa çıxarılıb.

AFFA-dan bildirilib ki, biletlərin qiymətləri 3-40 manat arasında dəyişir.

Qeyd edək ki, Ayxan Abbasovun baş məşçqisi olduğu kollektiv sentyabrın 23-də saat 20:00-da “Palms Sports Arena” stadionunda Tacikistan millisi ilə yoldaşlıq görüşündə qarşılaşacaq. Yığma oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteyn, oktyabrın 4-də saat 17:00-da isə “Palms Sports Arena”da Litva millisi ilə üz-üzə gələcək.

Oyunlara bilet satışı iticket.az vasitəsi ilə həyata keçirilir.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment