Loading Now

Samuxda 9 nəfər qarayara xəstəliyinə tutulub YENİLƏNİB

Samux rayonunun Alıuşağı kəndində qarayara xəstəliyinə şübhəli halların aşkar edilməsi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

İlkin epidemioloji araşdırmalara əsasən, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstə heyvanla təmasda olan 9 nəfər şəxs Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib.

Qarayara xəstəliyinin törədicisi torpaq mənşəlidir və dünyanın hər yerində rast gəlinən haldır. Xəstəlik əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir.

Hadisə ilə əlaqədar olaraq, aidiyyəti qurumlar tərəfindən zəruri epidemioloji və profilaktik tədbirlər həyata keçirilib. Əhali arasında xəstəliyin yayılması müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur. Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur.

Rəsmi mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment