Kinematoqrafçılar İttifaqı yenə sədr seçəcək
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) növbəti konfransı 11 sentyabr 2026-cı il tarixində Nizami Kino Mərkəzində keçirilib. Konfransın əsas gündəliyi İttifaqın yeni sədrinin seçilməsi olub.
Əvvəlki məlumatlara görə, Xalq artisti Şəfiqə Məmmədova konfransda sədrliyə vahid namizəd kimi irəli sürülmüşdü. Lakin konfransda Xalq artisti Həmidə Ömərova da sədrliyə namizədliyini irəli sürüb. Səsvermə nəticəsində Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib.
Şəfiqə Məmmədova ona etimad göstərənlərə təşəkkür edərək, bu etimadı doğrultmaq üçün var gücü ilə çalışacağını bildirib.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının əvvəlki sədri, Xalq artisti Rasim Balayev 29 mart 2026-cı il tarixində vəfat edib.





Post Comment