Loading Now

“Şəki yaylası”nda faciə ilə bağlı cinayət işi açılıb FOTO

Sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində “Zipline” əyləncə qurğusunun trosunun qırılması nəticəsində iki nəfər həlak olub. Hadisə ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanıb və araşdırma aparılır. meydan.tv

Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı açıqlama verib. Nazirlik bildirib ki, “Zipline” qurğusu mexanikləşdirilməmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilməyən qurğudur. Bu səbəbdən təhlükə potensiallı obyektlər siyahısına daxil deyil və FHN-in nəzarət sahəsinə aid deyil.

Hadisə ilə bağlı Şəki rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq zamanı hadisənin səbəbləri, “Zipline” qurğularının texniki vəziyyəti və istismarının təhlükəsizlik tələblərinə uyğunluğu araşdırılır. meydan.tv

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən hadisə ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələri və istintaq sirrinin qorunmasına xələl gətirə biləcək məlumatların paylaşılmamasını xahiş olunur. meydan.tv


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment