Akif İslamzadə xəstəxanaya yerləşdirilib
Akif İslamzadə, tanınmış müğənni, 2026-cı il mayın 7-də gecə saat 01:00 radələrində ürəyin ön divarının kəskin infarktı ilə Mərkəzi Gömrük Hospitalına müraciət edib.
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu bildirib ki, xəstəxanaya daxil olan zaman ürəyin ən böyük damarı tamamilə tıxanmışdı və tromb mövcud idi. Dərhal müdaxilə edilərək stent implantasiyası həyata keçirilib. Bir gün reanimasiyada qaldıqdan sonra Akif İslamzadə stasionar şöbəyə yerləşdirilib və hazırda vəziyyəti stabildir.
Müğənninin oğlu Ayxan İslamzadə də atasının xəstəxanaya yerləşdirildiyini və ürəyinə stent qoyulduğunu təsdiqləyib. O, həkimlərin vəziyyətlə bağlı dəqiq məlumat vermədiklərini bildirib.
Akif İslamzadə 77 yaşındadır və 120-dən çox mahnının ifaçısıdır. 2023-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub. 1986-cı ildə səs tellərinin birində bədxassəli şiş əmələ gəlib və əməliyyat nəticəsində səs tellərinin biri götürülüb. Bu hadisə onun müğənni kimi fəaliyyətinin sonlanmasına səbəb olub.
Allah Akif İslamzadəyə şəfa versin və tezliklə sağalmasını arzulayırıq.





Post Comment