Loading Now

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı

Bakıda 18–20 sentyabr 2026-cı il tarixlərində keçirilən I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyi (Turkic Union of Composers – TUC) təsis edilib.

Bu tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunan Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub.

Qurultayda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistanın musiqi sahəsində tanınmış nümayəndələri iştirak ediblər. turkic.world

TUC-un yaradılması ilə Türk dünyasının bəstəkarları, musiqişünasları və ifaçıları arasında daimi peşəkar əməkdaşlıq üçün beynəlxalq platforma yaradılıb.

Qurultay çərçivəsində Türk dünyasının zəngin musiqi irsinin təbliği, gənc bəstəkarların dəstəklənməsi və ortaq layihələrin həyata keçirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment