Loading Now

Azərbaycan Tacikistanı çətinliklə məğlub etdi

Azərbaycan milli futbol komandası 23 sentyabr 2026-cı il tarixində Bakıda Tacikistan yığması ilə yoldaşlıq görüşü keçirib. Matç 8-ci km qəsəbə stadionunda baş tutub və saat 20:00-da start götürüb.

Görüşün yeganə qolunu 58-ci dəqiqədə Toral Bayramov vurub. Bu nəticə Azərbaycan millisinə minimalhesablı qələbə qazandırıb.

Matçın idarə heyətinə Moldovadan olan hakimlər briqadası rəhbərlik edib. Baş hakim Roman Jitari, köməkçiləri isə Vlad Lifçiu və Vadim Vikol olub. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov, VAR hakimliyini isə Abduraşıd Xudoyberqanov yerinə yetirib.

Bu yoldaşlıq görüşü Azərbaycan millisinin UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədi daşıyır. Komanda növbəti üç matçını sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn və oktyabrın 4-də Bakıda yenidən Litva ilə keçirəcək.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment