Azərbaycan boksçusu Avropa çempionu olub
Azərbaycanın 50 kq çəki dərəcəsində çıxış edən boksçusu Sübhan Məmmədov, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Finalda rusiyalı Bair Batlayevə qarşı mübarizə aparan Məmmədov, hər üç raundu öz xeyrinə başa vuraraq yekunda 4:1 hesabı ilə qalib gəlib. Bu nəticə ilə Azərbaycan himni Sofiyada səsləndirilib.





Post Comment