Loading Now

Daha bir boksçumuz Avropa çempionu olub

Azərbaycan boks komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında tarixi uğura imza atıb. Komanda ümumilikdə 5 medal qazanaraq Avropa çempionatlarında ən yüksək nəticəsini əldə edib.

50 kq çəki dərəcəsində çıxış edən Sübhan Mamedov finalda rusiyalı Bair Batlayevə qarşı 4:1 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. 75 kq çəki dərəcəsində mübarizə aparan Səidcəmşid Cəfərov finalda rusiyalı İsmayıl Mutsolqovla qarşılaşacaq. Cəfərov yarımfinalda ingiltərəli Kalum Meykinə 4:1 hesabı ilə qalib gəlib.

55 kq çəki dərəcəsində Amin Məmmədzadə bürünc medal qazanıb. 70 kq çəki dərəcəsində Nəbi İsgəndərov finala yüksəlib. İsgəndərov yarımfinalda irlandiyalı Con MakKonnelliyə 4:1 hesabı ilə qalib gəlib.

Bu nəticələrlə Azərbaycan boks komandası Avropa çempionatlarında ən yüksək nəticəsini əldə edərək 5 medal qazanıb. Çempionatın yekunları sentyabrın 25-də açıqlanacaq.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment