Formula 2 üzrə sprint yarışında zəncirvari qəza olub
Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisinin sprint yarışında son dövrələrdə zəncirvari qəza baş verib. Bir neçə bolid bir-birinə çırpılaraq trasdan çıxıb.
Yarışın qalibi “Dams Lucas Oil” komandasının isveçli pilotu Dino Beqanoviç olub. İkinci yeri “Trident” komandasının niderlandlı sürücüsü Laurens Van Hoepen, üçüncü yeri isə “Rodin Motorsport” komandasının irlandiyalı pilotu Aleks Dann tutub.
Azərbaycan Qran-prisinə sentyabrın 26-da yekun vurulacaq.





Post Comment