Loading Now

İlham Əliyev və xanımı Formula 1-ə baxırlar

Aprelin 30-da Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışın açılış mərasimində iştirak ediblər.

Yarışda 10 komanda iştirak edib və hər biri iki pilotla təmsil olunub. Pilotlar Bakı şəhər halqasında 51 dövrə vurublar. “Red Bull Racing” komandasının meksikalı pilotu Serxio Peres qalib gəlib, komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin sürücüsü Şarl Lakler isə üçüncü yeri tutub.

Qaliblərin mükafatlandırılması mərasimində Meksika və Avstriya dövlət himnləri səsləndirilib. Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.

Rəsmi mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment