Çində robotlar arasında basketbol yarışı keçiriləcək
Çinin Quanqdonq əyalətinin paytaxtı Quanqjou şəhərində 2027-ci ilin aprel ayında humanoid robotlar arasında basketbol turniri keçiriləcək. Bu tədbir, robot texnologiyalarının inkişafını və beynəlxalq əməkdaşlığı təşviq etməyi hədəfləyir.
Turnirdə dünyanın müxtəlif ölkələrindən şirkətlər, universitetlər və tədqiqat mərkəzləri öz hazırladıqları humanoid robotlarla iştirak edəcəklər. Yarışda robotlar driblinq, ötürmə, cərimə atışları və üçxallıq atışlar üzrə bacarıqlarını nümayiş etdirəcəklər.
Bu tədbir, humanoid robot texnologiyalarının inkişafına və bu sahədə beynəlxalq əməkdaşlığa təkan verməyi hədəfləyir.
Qeyd edək ki, hazırda Quanqdonq əyalətindəki istehsal müəssisələrində 2 mindən çox humanoid robot fəaliyyət göstərir. İlin sonunadək onların sayının 3 mini keçəcəyi gözlənilir.





Post Comment