Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo, UEFA Millətlər Liqasının Norveçlə keçirilən oyunundan sonra komandanın düşərgəsini tərk edib. 41 yaşlı futbolçu, ehtiyat oyunçular skamyasında başladığı matçda ikinci hissədə isinməyə çıxsa da, meydana buraxılmayıb. Növbəti gün isə fərdi şəkildə məşq edib və komanda ilə birgə məşqə qatılmayıb.

Baş məşqçi Jorje Jezuş, Ronaldo ilə bağlı heç bir problem olmadığını və futbolçunun oynamaq qərarının yalnız ona aid olduğunu bildirib. Jezuş, “Baş məşqçi mənəm. Futbolçuya oynayıb-oynamayacağını mən deyirəm. Ona dedim ki, ehtiyatda olacaqsan. 30 dəqiqə ehtiyacım olsa, oynayacaqsan, olmasa, yox. Heç bir futbolçu mənim fikrimi dəyişə bilməz. Kriştiano da, başqası da.”

Ronaldo, Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa ilə danışdıqdan sonra yığmanın düşərgəsindən ayrılmaq qərarını verdiyini açıqlayıb. O, səbəbləri daha sonra ictimaiyyətə açıqlayacağını bildirib.

Portuqaliya mətbuatında, Ronaldo’nun intizam cəzası ilə üzləşə biləcəyi də qeyd edilib. PFF-nin İntizam Əsasnaməsinin 160-cı maddəsinə əsasən, yığmanın məşqini, oyununu və ya tədbirini üzrlü səbəb olmadan tərk edən futbolçu 1 aydan 6 aya qədər futboldan uzaqlaşdırıla, həmçinin pul cəzasına məruz qala bilər. Federasiyanın futbolçunun bu əməlini necə dəyərləndirəcəyi maraqla gözlənilir.

Portuqaliya millisi isə qarşıdakı Danimarka və Norveç oyunlarına qalan 24 futbolçu ilə hazırlaşacaq. Qeyd edək ki, Ronaldonun Portuqaliya millisindəki gələcəyi ilə bağlı müxtəlif iddialar yayılsa da, futbolçu yığma karyerasını başa vurduğunu açıqlamayıb.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir