Bu gün Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Çempionatın açılış mərasimində Azərbaycanın tarixi abidələri, idmanın inkişafı və ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş etdirilib.
Çempionatın açılış mərasimi dünya şöhrətli italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.
Sentyabrın 27-dək davam edəcək cüdo üzrə dünya çempionatında 125 ölkədən 800-dək idmançı mübarizə aparır.
Azərbaycan çempionatda 9 kişi və 6 qadın idmançı ilə təmsil olunur.
Rəsmi mənbələr:
