Qazaxıstan, Qırğızıstan və Özbəkistan, Rusiyada vəba xəstəliyinin yayılma riskinə qarşı sərhəd nəzarətini gücləndiriblər. Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, Rusiyada taun xəstəliyinin qeydə alınmasından sonra bütün sanitar və karantin məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib. Mütəxəssislər sərhəddən keçən insanlara, nəqliyyata və yüklərə nəzarət edirlər.
Rusiya tərəfi isə vəba xəstəliyinin ölkəyə daxil olma riskinə qarşı sərhəd nəzarətini gücləndirib. Rospotrebnadzorun rəhbəri Anna Popova bildirib ki, sərhəd xidmətləri ilə birlikdə bütün gələn şəxsləri yoxlayırlar. Əgər sərhədçilər sağlamlıq vəziyyətində pisləşmə əlamətləri aşkar edərsə, həmin şəxslər dərhal xəstəxanaya yerləşdirilir.
İrkutsk vilayətinin Şelexov şəhərində 27 yaşlı bir qadın vəfat edib. Ölən qadınla təmasda olan təxminən 200 nəfər tibbi müşahidə altına alınıb. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev oktyabrın 2-də onlarda xəstəliyin heç bir əlamətinin aşkarlanmadığını və laboratoriya testlərinin mənfi olduğunu açıqlayıb.
Qırğızıstanın səhiyyə nazirliyi, sərhəd nəzarətinin gücləndirilməsinin məqsədinin yoluxucu xəstəliklərin, xüsusilə təhlükəli infeksiyaların yayılmasının qarşısını almaq olduğunu bildirib. Rusiya tərəfi isə vəba xəstəliyinin ölkəyə daxil olma riskinə qarşı sərhəd nəzarətini gücləndirib.
