ABŞ Konqresinin 26 senatoru və 75 konqresmeni, rəsmi Bakının separatçı erməni hərbi canilərə qarşı hökmlərini, erməni “xristian irsinin məhv edilməsini” və Ermənistanın suveren ərazilərinin “davam edən hərbi işğalını” əsas gətirərək, Dövlət Katibi Marko Rubionu ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırmağa çağırıb.
Bu təşəbbüs, Amerikanın erməni milli komitəsi (ANCA) tərəfindən imza toplama kampaniyası ilə dəstəklənib.
Qeyd etmək lazımdır ki, ABŞ-da cəmi 541 səs hüququ olan konqresmen var.
