ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı keçirərək, Rusiyanın ABŞ və dünya bazarlarına dizel yanacağı tədarükü ilə bağlı razılığa gəldiklərini açıqlayıb.

Trampın verdiyi məlumata görə, Rusiya dərhal 300 min tondan çox dizel yanacağı tədarük edəcək, noyabr ayında əlavə 500 min ton, daha sonra isə 1 milyon ton daha göndərəcək.

ABŞ Prezidenti, həmçinin, Rusiyanın neft emalı zavodlarının vəziyyətini nəzərə alaraq, yaxın müddətdə əlavə 3 milyon ton dizel yanacağının tədarükünün nəzərdə tutulduğunu bildirib.

Tramp, bu tədarüklərin ABŞ-ın Hörmüz boğazına tam nəzarəti ilə birgə, dizel yanacağının qiymətlərinin aşağı düşməsinə səbəb olacağını vurğulayıb.

O, xüsusilə fermerlər, heyvandarlıqla məşğul olanlar və yük avtomobili sürücüləri üçün yanacağın qiymətinin aşağı salınmasının administrasiyasının əsas prioritetlərindən biri olduğunu qeyd edib.

Razılaşmanın sonunda Tramp, İranın nüvə silahına sahib olmayacağını da vurğulayıb.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir