Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü finala yüksəlib. Cəmilə Muradlı (57 kq) İtaliya təmsilçisi Morena Stifani ilə qarşılaşaraq 4:1 hesabı ilə qalib gəlib. O, çempionluq uğrunda Almaniya idmançısı Aliya İbrahimlə üz-üzə gələcək. Səma Abbasova (66 kq) Rusiya təmsilçisi İustina Anufriyevanı 4:1 hesabı ilə məğlub edib və finalda Türkiyə idmançısı Ada Eybeylə mübarizə aparacaq. Həsrət Məmmədov (46 kq) İrlandiya təmsilçisi Ronan Çarlzı 3:2 hesabı ilə məğlub edərək finalda Rumıniya idmançısı Kristi Kaşunu ilə qarşılaşacaq. İsmayıl Nəsirzadə (52 kq) İrlandiya təmsilçisi Martin Nevinlə döyüşü 5:0 hesabı ilə qazanıb və finalda İngiltərə idmançısı Şaylo Makleodla üzləşəcək. Məhəmmədəli İstamov (57 kq) Ukrayna təmsilçisi Nikita Zaxarçenkoya 5:0 hesabı ilə qalib gələrək finalda İngiltərə idmançısı Con Elamla qarşılaşacaq. Digər üç boksçumuz – Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə çempionatı bürünc medalla başa vurublar. Final döyüşləri oktyabrın 11-də keçiriləcək.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir