Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə dizel yanacağının dünya bazarlarına tədarükü barədə əldə etdiyi razılaşmanı sərt şəkildə tənqid edib. Zelenski, bu addımın Ukraynaya qarşı qeyri-səmimi və tərəfdaşlıq prinsiplərinə zidd olduğunu vurğulayıb.
Ukrayna Prezidenti, hazırda ölkəsinin nümayəndə heyətinin ABŞ-la danışıqlar aparmaq üçün Floridada olduğunu xatırladıb. Danışıqların əsas məqsədinin müharibənin sona çatdırılması və ya ən azı atəşkəsin əldə olunması olduğunu bildirib.
Zelenski, ABŞ Prezidenti Trampın Rusiya dizel yanacağının ixracına icazə verilməsi barədə əldə etdiyi razılaşmanın, Moskvanın Ukraynaya qarşı müharibəni davam etdirmək üçün əlavə maliyyə vəsaiti qazanmasına şərait yaradacağını qeyd edib.
Bu razılaşma, ABŞ və Avropa müttəfiqləri ilə münasibətlərdə yeni gərginliklərə səbəb olub. Zelenski, Trampın qərarını “zəifliyin açıq əlaməti” adlandırıb və belə bir addımın müharibəni daha da uzadacağını vurğulayıb.
Ukrayna Prezidenti, müharibəyə son qoyacaq konkret addımlar atılmadan Moskvaya iqtisadi güzəştlərin edilməsi müharibəni daha da uzadacaq və Rusiya rəhbərliyini cəsarətləndirəcək.
