Qusar rayonunun İmamqulukənd kəndində oktyabrın 10 və 12-də çaqqalların hücumu nəticəsində üç nəfər xəsarət alıb. İki qadın və bir kişi olmaqla, yaralılar dərhal Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə aparılıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub, zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub. Vəziyyətləri stabil olan hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.

Kənd sakinləri son günlər vəhşi heyvanların yaşayış məntəqələrinə tez-tez daxil olmasından narahatdırlar. Zooloq Elşad Əsgərov və ekoloq Amin Məmmədov vəhşi heyvanların kəndlərə yaxınlaşmasının səbəbləri arasında təbii yaşayış mühitinin dəyişməsi, qida çatışmazlığı və məişət tullantılarının yırtıcıları yaşayış məntəqələrinə cəlb etməsini göstəriblər.

Mütəxəssislər ayı, canavar və digər yırtıcılarla qarşılaşdıqda sakinlərin necə davranmalı olduqlarını izah ediblər. Təhlükənin qarşısının alınması yolları və aidiyyəti qurumların görə biləcəyi tədbirlər müzakirə olunub.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir