Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Görüş zamanı bu ilin sentyabrında Bişkek şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri Narendra Modinin təmasları xatırlanıb. Azərbaycan və hind xalqları arasında minilliklər boyu tarixi-mədəni əlaqələrin olduğu qeyd edilib, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev səfirə ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir Abhay Kumar isə fəaliyyətində Azərbaycanla Hindistan arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Rəsmi mənbələr:
